Nizami Kino Mərkəzi -

Yaraqlı xəyalət

  • Buraxılış ili 2017 
  • Ölkə ABŞ 
  • Format 2D (rus dilində) 
  • Janr fantastika, triller, döyüş 
  • Sürəklilik 120 dəq 
  • Yaş məhdudiyyəti: 16+ 
  • Rejissor: Rupert Sanders 
  • Ssenarist: Ceymi Moss, Masamune Siro 
  • Rollarda: Skarlett Yohansson, Maykl Pitt, Maykl Vinkott, Jülyet Binoş, Yohan Filip Asbek, Rila Fukusima, Takeşi Kitano, Çin Xan və b. 
  • Premyera : 30.03.2017 

2029-cu il. Hər yerə yayılmış kompüter şəbəkələri və kiber-texnologiya sayəsində demək olar ki, bütün insanlar bədənlərinə müxtəlif neyron implantlar yeridiblər. Lakin kiber-texnologiya insanlar üçün yeni təhlükəyə də səbəb olub: “beynin sındırılması” və bununla əlaqədar bir çox cinayətlər meydana gəlib. Çoxdandır axtarışda olan Kukla ustası ləqəbli haker siyasətə qarışmağa başlayır və belə olan təqdirdə İctimai təhlükəsizlik bürosunun “9-cu Bölməsi”, ən son texnikalar ilə təchiz olunmuş xüsusi polis dəstəsi bu işi araşdırmaq və hakeri dayandırmaq əmrini alırlar.