Nizami Kino Mərkəzi -

İkinci pərdə

  • Buraxılış ili 2017 
  • Ölkə Azərbaycan 
  • Format 2D 
  • Janr drama 
  • Sürəklilik 72 dəq. 
  • Yaş məhdudiyyəti: 18+ 
  • Rejissor: Emil Quliyev 
  • Ssenarist: Emil Quliyev, Orxan Mərdan 
  • Rollarda: Hikmət Rəhimov, Günay Əhməd, Qorqud Cəfər, Elşən Əsgərov 
  • Premyera : 16.11.2017 

İbiş qaynı Arifin kafesini işlədir. Arifin qumar borcuna görə kafenin iş durumu çətin vəziyyətdədi. Dostu Tima gözlənilmədən kafeyə gəlir və Arifin qumar borcunu ödəyir. Bu gün axşam İbişin ad günüdü. İbiş bu münasibətlə Arifi və Timanı axşam qonaqlığa dəvət edir. Axşam kafe öz iş rejimində davam edərkən, kənardakı masaların birində İbiş, Tima, Ziya, Rövşən və Elşən ad günü məclisindədirlər. Bir- birinin şəninə sağlıq deyən dostların məclisi Tima gedənə qədər şən əhval ruhiyyədə davam edir. Tima axşam növbəsində olduğuna görə məclisi yarımçıq tərk edib gedir. Tima gedəndən sonra məclisdəki mehribançılıq dəyişir.