Nizami Kino Mərkəzi -

Qız qaçırtma

  • Buraxılış ili 2017 
  • Ölkə Azərbaycan 
  • Format 2D 
  • Janr komediya 
  • Sürəklilik 100 dəq 
  • Yaş məhdudiyyəti: 14+ 
  • Rejissor: Rüfət Şahbazov 
  • Ssenarist: Fariz Əliyev 
  • Rollarda: Fərda Amin, Sevinc Səfərova, Sevil Səfərova, Məmmədova Məsumə (Damla), Elşən Hacıbabayev və b. 
  • Premyera : 21.12.2017 

“ Siz sevin, biz qaçırarıq” . Sloqandan göründüyü kimi, sevənləri qovuşduran, sifarişlə qız qaçıran şirkətin
işçiləri filmimizin əsas qəhrəmanlarıdırlar. Uzun illərdir şirkətdə işləyən Məlik və Məmməd bir gün çətin
sifariş alırlar. Varlı bir ailənin qızını sevən Gündüz, qızın atasından razılıq ala bilmədiyi üçün, tək çarə
olaraq sevdiyi Günayı qaçırtmaq üçün, qəhrəmanlarımızın şirkətinə müraciət edir. Günayın çox ciddi
qorumalar tərəfindən nəzrarətdə olması bu qaşırtma işini çətinə salır. Bunun üçün, Məlik və Məmməd,
Qırğızıstanda bu işlə məşğul olan həmkarları Təzəkişini kömək üçün çağırırlar. Bütün hazırlıqlardan sonra
min əziyyətlə qızı qaçırdan qəhrəmanlarımızı bir sürpriz gözləyir. Onların qaçırtdığı qız əslində Günay yox,
onun əkiz bacısı Gülaydır. Öz başlarına yeni iş açan qəhrəmanlarımız, indi qızları dəyişməli və onların
atasının təqibindən qaçmalıdırlar.