Nizami Kino Mərkəzi -

Tomb Raider: Lara Kroft

  • Buraxılış ili 2018 
  • Ölkə ABŞ 
  • Format 3D (rusca), 2D (azərbaycanca altyazı) 
  • Janr döyüş, macəra 
  • Sürəklilik 120 dəq. 
  • Yaş məhdudiyyəti: 14+ 
  • Rejissor: Roar Utxauq 
  • Ssenarist: Jeneva Robertason-Duoret 
  • Rollarda: Alisia Vikander, Hanna Con-Keymen, Volton Hoqqins, Dominik Vest, Kristin Skott Tomas, Nik Frost, Deniel Vu, Emili Keri və b. 
  • Premyera : 15.03.2018 

    Lara Kroft, yeniyetmə ikən itkin düşmüş macəraçının sərbəstliyə alışmış qızıdır. Onun artıq iyirmi bir yaşı
    var və həyatını məqsədsiz şəkildə yaşamaqdadır. Kuryerlikdən qazandığı isə kirayə pulu və kollecdə təhsil
    üçün ancaq yetir. Hər şeyə öz gücü ilə nail olmağa məqsədlənmiş Lara, atasının qlobal imperiyasını idarə
    etməkdən imtina edir, eyni ilə onun itkin düşdüyü fikrini inkar etdiyi kimi. Yeddi illik bəhrəsiz
    axtarışlardan sonra reallıqla barışıb və həyatına davam etməli olmasına dair nəsihətləri eşitdikdə Lara
    atasının müəmmalı ölümünün səbəblərini aşkarlamağa onu nəyin vadar etdiyini özü də anlaya bilmir.