Nizami Kino Mərkəzi -

Son nəfəsədək

  • Buraxılış ili 2018 
  • Ölkə Azərbaycan 
  • Format 2D 
  • Janr dram, döyüş 
  • Sürəklilik 97 dəq. 
  • Yaş məhdudiyyəti: 14+ 
  • Rejissor: Elnur Əliyev 
  • Ssenarist: Nurəddin Aslanov 
  • Rollarda: İlqar Cahangir, Eldar Bağırbəyov, İlqar Musayev, Vüqar Vəlixanov, Elşən Rüstəmov, Ülviyyə Rza, Elçin Əfəndi, Namis Şirməmmədov, Rövşən Kərimduxt, Taleh Yüzbəyov və b. 
  • Premyera : 12.04.2018 

    1989-cu il. Sovet İttifaqının ucqar həbsxanalarından birində cəza çəkən Yavər doğma torpağına Qarabağa
    – Füzuli rayonunun Yuxarı Veysəlli kəndinə qayıdır. Amma burada hər şey dəyişib, erməni silahlılarının
    dinc azərbaycanlılara divan tutması sovet sülhməramlılarının bölgəyə yeridilməsi ilə nəticələnib. Üstəlik
    Yavərin illərboyu sevdiyi və evlənməyə hazırlaşdığı Qarateldən də xəbər yoxdur. Yuxarı Veysəllinin və
    ətraf kəndlərin müdafiəsini öz üzərinə götürən Yavər ətrafına döyüşçülər toplayır. Amma Sovet
    sülhməramlılarına rəhbərlik edən Aleksandr Roxinlə üz-üzə gələndə heyrətlənir və seçim qarşısında
    qalır...