Nizami Kino Mərkəzi -

Taxta ayı

  • Buraxılış ili 2018 
  • Ölkə Azərbaycan 
  • Format 2D 
  • Janr drama 
  • Sürəklilik 100 dəq. 
  • Yaş məhdudiyyəti: 14+ 
  • Rejissor: Cavid Heydaroğlu 
  • Ssenarist: Fariz Əliyev 
  • Rollarda: Damla, Rüfət Nəzər, Neo, Zemfira Abdulsəmədova, Kazim Abdullayev, lqar Cahangir, Leyli Vəliyeva. 
  • Premyera : 15.11.2018 

Film toyla başlayır. Toy gecəsi baş tutur. Səhər bəyin anası gəlinin əlindən tutub atası evinə aparır. Gəlin
nə baş verdiyini anlamır. Bəy isə susur. Bəyin anası gəlinə qarşı etdiyi bu hərəkə görə özünü haqlı sayır.
O, gəlini kənd içində biyabır edir, qızçığazı namusu ləkələnmiş kimi tanıdır.Bu dərdə gəlinin atası dözmür
və ölür. Gəlin onu öldürməsinlər deyə baş götürüb qaçır. Filmin sonunda bəy gəlini tapır, onu sevdiyini
bildirir və ona geri dönməsini xahiş edir. Gəlin bu qədər haqsızlıqdan sonra bəyə geri dönəcəkmi? Bir
tərəfdən toy gününə qədər dünyalar qədər sevdiyi, ama müəmmalı şəkildə onu alətə çevirmiş bəy, digər
tərəfdən isə onu ölümdən qurtaran, hamıdan qoruyan, can borcunun yarandığı əsl cəngavər lal odunçu...