Nizami Kino Mərkəzi -

Bombaltı

  • Buraxılış ili 2019 
  • Ölkə Azərbaycan 
  • Format 2D 
  • Janr komediya 
  • Sürəklilik 90 dəq. 
  • Yaş məhdudiyyəti: 14+ 
  • Rejissor: Rauf Ocaqverdiyev 
  • Ssenarist: Ənvər Abbasov 
  • Rollarda: İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Nicat Rəhimov, Azər Baxşəliyev, İlkin Misgərli, Vaqif Şərifov, Duyğu Dəvəli və b. 
  • Premyera : 01.03.2019 

    Xüsusi Təhlükəsizlik Xidmətinə Sovet dönəmində Azərbaycanda qalmış güclü bir bombanın
    partladılacağı ilə bağlı şantaj dolu ismarıc gəlir. Bu əməliyyatı da həmin təhlükəsizlik təşkilatının üzvü
    olan Qılmanın xanımına tapşırırlar. Qılmanın xanımı isə, əməliyyatda ona kömək etmək üçün məhz
    “ərinin dostları” Bozbash Picturesin “Qızıl altılığ”ına müraciət edir. Təhlükəsizlik xidmətini şantaj edən
    xarici vətəndaşın izinə düşmək üçün əvvəlcə Bakıda, bir neçə restoranda, mağazalarda, oteldə, küçədə
    əməliyyat keçirilsə də, şantajçı Batumiyə qaçmağa nail olur. Bundan sonra qəhrəmanlarımız onun
    arxasınca Gürcüstana gedib, cinayətkarı elə oradaca zərərsizləşdirirlər.