Nizami Kino Mərkəzi - ZALLAR

ZALLAR

 

Kinomərkəzin böyük zalında 500 yer vardır. Cənubi Qafqazda ən böyük ekran (18x8) böyük zalın əsl yaraşığıdır. Dolby Digital 7+1 akustik sistem, Almaniya və Yaponiyadan gətirilən avadanlıqlar sizə ekranda baş verənlərin mərkəzində olmaq hissini yaşadacaq. Zal 3D formatlı filmləri izləmək üçün lazımi avadanlıqlarla təchiz olunub.