Nizami Kino Mərkəzi - Nizami Kino Mərkəzində “Heydər Əliyev və Azərbaycan kinosu” konfransı keçirilmişdir

Nizami Kino Mərkəzində “Heydər Əliyev və Azərbaycan kinosu” konfransı keçirilmişdir

Nizami Kino Mərkəzində “Heydər Əliyev və Azərbaycan kinosu” konfransı keçirilmişdir

          4 mart tarixində Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan dövlət film fondunun, Azərbaycan kinematoqrafçılar ittifaqının və Nizami Kino Mərkəzinin təşkilatçılıqı ilə ulu öndər Həydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda konfrans keçirilmişdir.

          1976-cı ildə milli kinomuzun 60 illik yubileyinin keçirilməsi ilə bağlı kino işçilərinin böyük dəstəsinə fəxri adlar verildi. “Azərbaycanfilm”in texniki bazasını möhkəmləndirmək məqsədilə iri məbləğdə valyuta ayrıldı, kinostudiya üçün yeni avadanlıqlar alındı.

          Bundan başqa “Azərbaycanfilm”də müxtəlif vaxtlarda çəkilmiş bəzi filmlərin sovet ideologiyasının tələblərinə tam cavab vermədiyi üçün ekrana buraxılmamaq təhlükəsi yaranarkən kino işçilərinin köməyinə yenə də ümummilli liderimiz H. Əliyev gəlir və hər dəfə də bu problemi müsbət həll edirdi. “Bir cənub şəhərində” və “İstintaq” bədii filmlərini buna misal göstərə bilərik.

          “Şəhərin yay günləri” pyesinin ekranlaşdırılması, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseyinzadənin şəxsiyyətinin araşdırılıb üzə çıxarılması, onun haqqında “Uzaq sahillərdə” filminin çəkilməsi ideyası da H.Əliyevə məxsusdur. Hətta “Babək” filminin istehsalı ilə bağlı Moskvanın verdiyi vəsaitdən əlavə filmə respublika büdcəsindən iki dəfə çox – bir milyon rubl ayırdı.

          Kinematoqrafçılarımız da ulu öndərimiz barədə bir sıra maraqlı filmlər çəkmiş və bu müqəddəs iş bu gün də uğurla davam etdirilir.

          Bu gün hamıya məlumdur ki, avqustun 2-si Azərbaycan kinosu günüdür. Bu bayramı da xalqımıza ümummilli liderimiz bəxş etmişdir. H. Əliyevin 18 dekabr 2000-ci il tarixdə imzaladığı sərəncam Azərbaycan kino tarixinə qızıl hərflərlə həkk olunmuşdur.

          Tədbirdə Xalq Artisti, kinorejissor Vaqif Mustafayevin “Xüsusi təyinat” sənədli filmi nümaiş olundu. Film H.Əliyevin Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində çalışdığı dövrü əhatə edir. Onlarla mühüm əhəmiyyətli tapşırıqlarla yanaşı, Baykal-Amur magistralı üzrə Dövlət Komissiyasının rəhbəri kimi Heydər Əliyev vaxtı ilə "Əsrin tikintisi" adlandırılan nəhəng dəmir yolunun inşasını bərpa edərək onun başa çatdırılmasına nail olması filmin əsas sujet xəttini təşkil edir.

Tezliklə ekranlarda