Nizami Kino Mərkəzi - Nizami Kino Mərkəzində Silahlı Qüvvələr Gününə həsr olunan “Aprel döyüşləri və zəfərə doğru” adlı tədbir keçirilib

Nizami Kino Mərkəzində Silahlı Qüvvələr Gününə həsr olunan “Aprel döyüşləri və zəfərə doğru” adlı tədbir keçirilib

Nizami Kino Mərkəzində Silahlı Qüvvələr Gününə həsr olunan “Aprel döyüşləri və zəfərə doğru” adlı tədbir keçirilib

İyunun 22-də Nizami    Kino Mərkəzində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunan “Aprel döyüşləri və zəfərə doğru” adlı tədbir keçirilib.

         Tədbirdə  çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından və inkişafından  söz açıb. O, Silahlı Qüvvələrin təkmilləşdirilməsində və maddi-texniki bazasının möhkəmləndirilməsində , milli hərbi kadrların hazırlanmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidməti olduğunu və bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində Azərbaycan Ordusunun bölgənin ən güclü ordusuna çevrildiyini qeyd edib. Bu il aprelin əvvəlində  qoşunların təmas xəttində törədilən təxribatlardan danışan Məlahət İbrahimqızı həmin günlərdə Azərbaycan Ordusunun göstərdiyi şücaət, qazandığı qələbə xalqımızda böyük ruh yüksəkliyi yaratmaqla yanaşı ordumuzun  böyük gücə  malik olduğunu  sübuta yetirdiyini  vurğulayıb.

         YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucovda çıxışında Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üzərinə düşən məsuliyyətli missiyanın öhdəsindən layiqincə gəlməyə, torpaqlarımızı düşmən işğalından azad etməyə tam hazır olduğunu   bildirib.

          Daha sonra Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının solistlərinin və əsgər xorunun ifasında Aprel döyüşləri sonra yazılan “Lələtəpə fatehləri” “Qəhrəman Tərtər” və digər vətənpərvərlik mahnıları səsləndirilib.

Tezliklə ekranlarda