Nizami Kino Mərkəzi - Nizami Kino Mərkəzinin ekranında yeni amerika filmləri

Nizami Kino Mərkəzinin ekranında yeni amerika filmləri

Nizami Kino Mərkəzinin ekranında yeni amerika filmləri

Nizami Kino Mərkəzində  ABŞ istehsalı olan “Müstəqillik günü: Dirçəliş”

 “Qonşular. Müharibə şəraitində 2”  adlı filmlərin nümayişinə başlanıb.

         “Müstəqillik günü: dirçəliş” filmini  Nikolas Raytın ssenarisi əsasında rejissor Roland Emmerix fantastika, macəra və döyüş janrında çəkib. Sloqanı: “Hazırlaşmağımıza 20 il var idi. Onların da” Yaş məhdudiyyəti:12+

         Yer Kürəsinin insanları yadplanetli texnologiyaları istifadə edib planeti qorumaq üçün xüsusi proqram  yaradırlar. Amma bəşəriyyəti daha masştablı və dağıdıcı yadplanetli işğaldan heç nə xilas edə bilməz... təkcə bir neçə cəsarətli qəhrəmanın şücaəti dünyanı məhvdən xilas edə bilər.

         Filmdəki rollara Coi Kinq, Mayka Monro, Liam Hemsvort,  Ceff Qoldblyum, Vivika A.Foks,  Bill Pullman, Cessi Aşer, Uilyam Fixtner, Brent Spayner, Şarlotta Qensbur  və başqa aktyorlar  çəkilib.

         Komediya janrında çəkilmiş  “Qonşular. Müharibə şəraitində 2 ” filminin  rejissoru  Nikolas Stoller ssenari müəllifi Endryu C. Koendir. Yaş həddi:18+

         Bu dəfə Mak və Kellinin qonşuluğundakı evi  universitetin qadın klubu kirayələyir. Dinclik verməyən yeni qonşularla dil tapmaq üçün Mak və Kelli keçmiş düşmənləri Teddi Sandersə müraciət etməyi qərara alır.   

         Filmdə  baş rolları Set Roqen, Zak Efron, Rouz Birn, Xloya Qreys Morets, Ayk Barinxolts, Kirsi Klemons, Deyv Franko, Cerrod Karmaykl, Kristofer Mints – Plasse, Bini Feldşteyn  və başqa aktyorlar canlandırıblar.    

         Filmlərin ingilis versiyası azərbaycan dilində alt yazıyla nümayiş olunur.

         Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən də öyrənmək mümkündür. (https://www.facebook.com/NizamiCinema?rf=hl)                   

Tezliklə ekranlarda