Nizami Kino Mərkəzi - Festival

Festival

 IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 15-18 Noyabr 2017-ci il tarixlərində IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək.

Festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival eyni zamanda, tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi də qarşısına məqsəd qoyub.