Nizami Kino Mərkəzi - Festival

Festival

 

Nizami Kino Mərkəzində «İran Kinosu Günləri »nin açılış mərasimi olacaq.
Fevralın 23- də Nizami Kino Mərkəzində İran İslam Respublikasının
Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə və Nizami
Kino Mərkəzinin dəstəyi ilə “Iran Kinosu Günləri”nin açılış mərasimi
keçiriləcək.
Açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyinin rəsmiləri, İran səfirliyini fövqəladə və səlahiyyətli səfiri doktor
Cavad Cahangirzadə, Mədəniyyət və İslami Əlaqələr Mərkəzinin sədri doktor
Abuzər İbrahimi Türkman, və İran kinematoqrafiyasının tanınmış simaları iştirak
edəcək.
Açılış mərasiminin rəsmi hisssindən sonra “Badiqard” bədii filmi nümayiş
olunacaq.
Xatırladaq ki, Kino Günləri ərzində fevralın 24-də saat 16:00 və 20:00-da
“Xəyalın şirin tamı”, fevraın 25-də saat 16:00 və 20:00-da “Divanə top”, fevraın
27-də saat 18:00-da “Ayaqqabım hanı?”, bədii filmləri şəhər sakinlərinə və
şəhərimizin qonaqlarına təqdim olunacaq.
Nümayişlərə giriş sərbəstdir.